Məzmuna keç

Yaranma

Vikipediya, azad ensiklopediya
Image
Qar dənəciklərində mürəkkəb simmetrik və fraktal naxışların əmələ gəlməsi fiziki sistemdə yaranmanın nümunəsidir.

Fəlsəfədə, sistemlər nəzəriyyəsində, elmdəincəsənətdə yaranma mürəkkəb bir varlıqda, onun tərkib hissələrində müşahidə olunmayan xassələr və ya davranışların müşahidə olunmasına deyilir və sözügedən xassələr və davranışlar tərkib hissələrin bir-birilə qarşılıqlı əlaqəyə girməsi ilə ortaya çıxır.

Yaranma inteqrativ səviyyələr və mürəkkəb sistemlər nəzəriyyələrində mərkəzi rol oynayır. Məsələn, biologiyada öyrənilən həyat məfhumu kimyafizikanın yaranan bir xüsusiyyətidir.

Makroskopik sistemi çox sayda mikroskopik sistemlərdən ibarət bir çoxluq olaraq görmək olsa da, fizikada yaranma makroskopik miqyasda (zaman və ya məkanda) deyil, mikroskopik miqyasda özünü biruzə verən bir xüsusiyyəti, qanunu və ya məfhumu təsvir etmək üçün istifadə olunur.[1][2]

Fiziki sistemin yaranan davranışı yalnız mikroskopik komponentlərin sayının sonsuzluğa yaxınlaşdığı limitdə ortaya çıxan kəyfiyyətdir.[3]

  1. Anderson, Philip W. Basic Notions Of Condensed Matter Physics (ingilis). CRC Press. 9 mart 2018. ISBN 978-0-429-97374-1.
  2. Girvin, Steven M.; Yang, Kun. Modern Condensed Matter Physics (ingilis). Cambridge University Press. 28 fevral 2019. ISBN 978-1-108-57347-4.
  3. Kivelson, Sophia; Kivelson, Steve. "Defining Emergence in Physics". npj Quantum Materials. Nature Research. 1 (1). 2016: 16024. Bibcode:2016npjQM...116024K. doi:10.1038/npjquantmats.2016.24.