Deyv Benton
| Deyv Benton | |
|---|---|
| ing. Dave Benton | |
| | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 31 yanvar 1951 (75 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | musiqiçi, müğənni |
| Fəaliyyət illəri | 1970-ci ildən |
| Janr | pop musiqisi |
| Musiqi alətləri | zərb alətləri |
Deyv Benton əsl adı Efren Ejen Benita (est. Dave Benton; 31 yanvar 1951, Oranjestad) — Estoniya müğənnisi. O, Estoniyanı təmsil edən "Everybody" mahnısı ilə Tanel Padar və "2XL" qrupu ilə birlikdə 2001-ci il Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanıb. Bununla da o, müsabiqə tarixində qalib gələn ən yaşlı müğənni olub.
Həyatı
[redaktə | vikimətni redaktə et]Deyv Benton 1951-ci ildə Karib dənizində yerləşən Aruba adasında anadan olub. O, oradakı yerli məktəblərdə təhsil alıb. O, ingilis, niderland, ispan və adanın kreol dili olan papiamento dillərində sərbəst danışır. Ailə həyatı qurub və bir qızı dünyaya gəlib. 20-li yaşlarında yoldaşından ayrılaraq ABŞ-a köçüb. Barabançalan və bek-vokalçı kimi "The Drifters", Tom Cons, Billi Ouşen, Xose Felisiano və "The Platters" kimi məşhurlarla birlikdə çalışıb.[1]
1981-ci ildə özünün bəstələdiyi "Vaya un amigo" mahnısı ilə "OTI Festivalı" üçün Antil adalarının milli seçim turunun qalibi olduqdan sonra, "OTI Festivalı 1981" müsabiqəsində Niderland Antil adalarını təmsil edib və orada iki xalla 20-ci (sondan əvvəlki) yerdə qərarlaşıb.
1980-ci illərdə Niderlandda yaşadığı dövrdə bir kruiz gəmisində gələcək həyat yoldaşı, milliyətcə eston olan Maris ilə tanış olub. Onlar 1997-ci ildə Estoniyada məskunlaşıblar və iki qızları dünyaya gəlib. Şimali Avropa ölkələrində rəngarəng bir musiqi karyerasına sahib olub. O, səkkiz dildə danışa bilir: ingilis, ispan, papiamento, niderland, fransız, alman, portuqal və eston. Almaniya istehsalı olan "City Lights" (Şəhər işıqları) müziklında çıxış edib, bundan sonra ona Engelbert Hamperdinki Avstraliya qastrol səfərində əvəz etmək təklif olunub.
O, artıq kifayət qədər albom buraxıb və onlara prodüserlik edib ki, bu albomlardan biri də onun ana dili olan papiamento dilindədir. O, daha çox ifaçı sənətçi kimi karyera qurub.
3 fevral 2001-ci ildə Benton, "Eesti Televisioon" tərəfindən 46-cı "Avroviziya" Mahnı Müsabiqəsi üçün ölkə təmsilçisini seçmək məqsədilə təşkil olunmuş "Eurolaul 2001" milli seçimində gənc eston rok müğənnisi Tanel Padar və "2XL" qrupu ilə birlikdə iştirak edib. Onlar "Everybody" mahnısı ilə bu yarışı qazanaraq, Avroviziyada Estoniyanı təmsil etmək hüququ əldə ediblər. 12 may 2001-ci ildə Kopenhagendə keçirilən Avroviziya Mahnı Müsabiqəsində bu mahnı ilə yarışaraq, nəticədə 198 xalla qalib olublar. Müsabiqə günü 50 yaş 101 günlüyündə olan Benton, Avroviziya Mahnı Müsabiqəsi tarixində qalib gələn ən yaşlı müğənni kimi tarixə düşüb.[2]
2021-ci ildə Bentonun qızı Sissi atasının izi ilə getmək və 2021 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı təmsil etmək məqsədilə "Time" mahnısı ilə "Eesti Laul 2021" yarışmasında iştirak edib. O, superfinala vəsiqə qazansa da, orada ikinci yeri tutub.[3]
Digər məlumatlar
[redaktə | vikimətni redaktə et]Benton hələ eston dilində danışmağı öyrənməmişdən əvvəl Estoniya üçün Avroviziya Mahnı Müsabiqəsinin qalibi olub.
2010-cu ildə Benton, "Dancing with the Stars" (Ulduzlarla rəqs) şousunun Estoniya versiyası olan "Tantsud tähtedega" layihəsinin dördüncü mövsümündə məşhur iştirakçı kimi yarışaraq boy göstərib. Onun peşəkar rəqs tərəfdaşı Valeriya Fetissova olub.
O, həmçinin babadır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ https://maaleht.delfi.ee/artikkel/120429740/dave-benton-saab-75-elan-uks-paev-korraga-eestile-olen-tanulik (#bare_url_missing_title).
- ↑ O'Connor, John Kennedy. The Eurovision Song Contest - The Official Celebration. Carlton Books, 2015. ISBN 978-1-78097-638-9. Pages 32-33
- ↑ en:Meelis Kapstas. Parim paik: Lendav hollandlane. Kroonika, 2. juuni 2004.
Xarici keçidlər
[redaktə | vikimətni redaktə et]
Vikianbarda Deyv Benton ilə əlaqəli mediafayllar var.- Dave Benton at en:Yahoo! Music
- Dave Benton at Estonian Bands Database
- Dave Benton — IMDb səhifəsi
- Aruba-born Dave Benton Joins with Tanel Padar for Top 2001 Eurovision Honors, Caribia Digest
- Dave Benton: 'I was asked in Estonia and Finland'
- Estonians record previews, Dave Benton is back!, Eurovision TV