Məzmuna keç

Frans Qall

Vikipediya, azad ensiklopediya
Frans Qall
fr. France Gall
Image
Ümumi məlumatlar
Doğum adı Isabelle Geneviève Marie Anne Gall[1][2]
Ləqəbi France Gall
Doğum tarixi 9 oktyabr 1947(1947-10-09)[3][4][…]
Doğum yeri
Vəfat tarixi 7 yanvar 2018(2018-01-07)[6][4][…] (70 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partnyorları
  • Claude François[d] (1964–1967)
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1963–2000
Janrlar pop musiqisi
Albom şirkətləri Warner Music Group[d], Atlantic Records, Universal Music Group, Decca Records[d]
Mükafatları "Xidmətlərə görə" ordeninin zabit dərəcəsi — 2017 "Fəxri legion" ordeninin cəngavər dərəcəsi — 2013
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Frans Qall əsl adı İzabella Jenevyeva Mariya Anna Qall) (fr. Isabelle Geneviève Marie Anne Gall); 9 oktyabr 1947[3][4][…], XII arondisman, Fransa[3][5][…]7 yanvar 2018[6][4][…], Nöyi-sür-Sen, Fransa[6][2]) — Fransa müğənnisi. O, "Poupée de cire, poupée de son" mahnısı ilə təmsil etdiyi Lüksemburqu 1965-ci il Avroviziya Mahnı Müsabiqəsinin qalibi edib. Karyerasının sonrakı mərhələlərində o, 1976-cı ildə ailə qurduğu müğənni və bəstəkar Mişel Berje ilə birgə çalışıb. Onun ən uğurlu sinqlları sırasına "Il jouait du piano debout", "Ella, elle l'a" və "Évidemment" mahnıları daxildir. Qall ən çox sevilən və rəğbət qazanan fransız pop müğənnilərindən biri hesab olunur. Onun fransız populyar musiqisinə təsiri, xüsusən də Mişel Berje ilə işbirliyi 1970-ci illərdən etibarən fransız popunun formalaşmasına kömək edib və onun mədəniyyət ikonu statusunu möhkəmləndirib.

Frans Qall 9 oktyabr 1947-ci ildə Parisin 12-ci dairəsində İzabel Jenevyev Mari Ann Qall adı ilə anadan olub.[8] O, musiqiçi ailəsində böyüyüb. Atası Robert Qall (1918–1990) Edit PiafŞarl Aznavur üçün mahnı mətnləri yazan lirik şair olub. Anası, müğənni Sesil Bertye (1921–2021) isə Parisin məşhur uşaq xorunun ("The Little Singers of Paris") həmtəsisçisi Pol Bertyenin (1884–1953) qızı olub.[9]

Ailənin yeganə qız övladı olan Qallın özündən böyük Patris və Filipp adlı ekiz qardaşları olub. O, Pol Valeri Liseyində təhsil alıb, lakin əvvəlki il imtahandan kəsildikdən sonra sinifdə qaldığı üçün dərslərini yarımçıq qoyub.[10]

Atasının təşviqi ilə Qall 1963-cü ildə "Şanzelize" teatrında (Théâtre des Champs-Élysées) keçirilən dinləmədən sonra "Philips Records" şirkəti ilə müqavilə imzalayaraq musiqi karyerasına başlayıb. Tanınmış müğənni İzabel Obre ilə səhv salınmaması üçün bədii rəhbəri Deni Burjua ona Frans Qall səhnə adını götürməyi təkl edib. Bu ad üçün ilham mənbəyi Fransa və Uels arasında keçirilən son reqbi matçı olub.[8][11]

Image
Frans Qall 1965 Avroviziya Mahnı Müsabiqəsində çıxışı zamanı

Onun 16 yaşının tamam olduğu gün Laurie Sisters qrupunun "Stand a Little Closer" mahnısının adaptasiyası olan ilk sinqlı — "Ne sois pas si bête" Fransa radiosunda debüt edib və tezliklə böyük uğur qazanıb. Bundan sonra Burjua artıq Mişel Arno və Jülyet Qreko kimi sənətçilər üçün mahnı müəllifi kimi tanınan Serj Gensburdan Qall üçün mahnı yazmasını xahi edib. Onun bəstələdiyi "N'écoute pas les idoles" mahnısı müğənninin ikinci sinqlı kimi işıq üzü görüb və 1964-cü ilin martında hit-paradların zirvəsinə yüksəlib. Tezliklə o, canlı çıxışlara başlayaraq Belçikada Saşa Distelin konsertinin açılışında debüt edib. Gensbur, Alen Qoraqer və Jak Datin kimi mahnı müəllifləri ilə birgə çalışaraq, o, caz, uşaq mahnıları və digər janrlar arasında keçid edən rəngarəng bir repertuar formalaşdırıb. Onun Gensbur ilə əməkdaşlığı 1964-cü ilin hiti "Laisse tomber les filles" də daxil olmaqla, populyar sinqllar qazandırmağa davam edib.

1965-ci ilin əvvəllərində Qallın "Compagnie Luxembourgeoise de Télédiffusion" (CLT) tərəfindən həmin il keçirilən Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqu təmsil etmək üçün seçildiyi elan edilib.[12] Ona təklif olunan on mahnı arasından o, müsabiqədə ifa etmək üçün Gensburun "Poupée de cire, poupée de son" bəstəsini seçib. 20 mart 1965-ci ildə o, İtaliyanın Neapol şəhərində keçirilən müsabiqədə çıxış edib. Məlumata görə, mahnı "həmin dövrdə müsabiqədə adətən eşidilən mahnı janrlarından çox kənara çıxdığı üçün" məşqlər zamanı fitə basılıb. Onun performansı əlavə tənqidlərlə də üzləşib; bir neçə tənqidçi onun ifasının "kamillikdən çox uzaq" olduğunu və notlardan kənara çıxdığını qeyd edib. Buna baxmayaraq, o, Avstriya, Niderland, FinlandiyaAlmaniya münsiflərindən ən yüksək xalları alaraq, ümumilikdə 32 xalla müsabiqənin qalibi olub. Avroviziya Mahnı Müsabiqəsindəki bu qələbəsi Qallın xaricdəki tanınma dərəcəsini sürətlə artırıb və o, qalib mahnısının alman, italyan və yapon versiyalarını da lentə aldırıb.[13][14]

Karyerasını bitirdikdən sonra Qall özünü yalnız arabir ictimaiyyət qarşına çıxmaqla məhdudlaşdırıb. Musiqi karyerası ilə vidalaşmaq məqsədilə 2001-ci ildə "France Gall par France Gall" adlı sənədli film çəkilib və nümayiş olunub. O, 2004-cü ildə Fransa, Belçikaİsveçrə hit-paradlarına daxil olan "Évidemment" adlı toplu albomu ilə yenidən kommersiya uğuru qazanıb. 2007-ci ildə Mişel Berjenin vəfatının on beşinci ildönümü münasibətilə "France 2" kanalının çəkdiyi "Tous pour la musique" sənədli filmində iştirak edib.[15]

2015-cü ildə tərəfdaşı Bruk Davit ilə birlikdə yazdığı "Résiste" musiqili tamaşasını (müzikl) tamaşaçılara təqdim edib. Bu şouda Mişel Berjenin karyerası boyu yazdığı mahnılar yer alıb. Onun ölümündən təxminən yeddi il sonra, 2024-cü ilin sonlarında, əvvəllər yayımlanmamış 1974-cü il tarixli "La Prisonnière" bəstəsinin də daxil edildiyi "Plus haut" adlı toplu albomu işıq üzü görüb. Bu mahnı, Qall və Berjenin Petti Hörstün hekayəsindən ilhamlanaraq hazırladıqları, lakin yarımçıq qalan "Angelina Dumas" musiqili layihəsinin bir hissəsi kimi lentə alınıb.[16]

Şəxsi həyatı və vəfatı

[redaktə | vikimətni redaktə et]
Image
Frans Qall 1969-cu ildə Sanremo Musiqi Festivalında çıxışı zamanı

22 iyun 1976-cı ildə Mişel Berje ilə ailə qurmazdan əvvəl Qall müğənnilər Klod Fransua və Jülyen Klerk ilə münasibətdə olub. Bu evlilikdən onların Polin (1978 təvəllüdlü) və Rafael (1981 təvəllüdlü) adlı iki övladı dünyaya gəlib. Qızı Polinə doğulduqdan qısa müddət sonra kistik fibroz diaqnozu qoyulub. Qall və Berje Polinin vəziyyətinin təfərrüatlarını gizli saxlayaraq, ümidlərini tibbi araşdırmalardakı irəliləyişlərə bağlayıblar. Cütlük qızlarına baxmaq üçün peşəkar fəaliyyətlərini növbə ilə yerinə yetirməyə razı olublar.[17]

Berje 1992-ci ildə 44 yaşında ürək tutmasından vəfat edib. Polin isə 1997-ci ilin dekabrında dünyasını dəyişib. Qızının ölümündən sonra Qall yalnız arabirictimaiyyət arasında görünməyə başlayıb. O, Fransanın "Cœurs de Femmes" xeyriyyə cəmiyyətinin hamisi olub və ömrünün sonunadək müntəzəm olaraq poker oynayıb.[18][19]

7 yanvar 2018-ci ildə Qall, mənşəyi açıqlanmayan xərçəng xəstəliyi ilə iki illik mübarizədən sonra, Neuilly-sur-Seine-dəki Paris Amerika Xəstəxanasında infeksiya səbəbindən 70 yaşında vəfat edib. Fransa Prezidenti Emmanuel Makron onun ölüm xəbərinə Twitter-də belə reaksiya verib: "O, geridə Fransada hər kəsin bildiyi mahnılar qoyub və başqalarına həsr olunmuş bir həyat nümunəsi göstərib". O, Parisin Monmartr qəbiristanlığında, 20-ci Raşel prospektində (29-cu bölmə) həyat yoldaşı və qızının yanında dəfn olunub.[20][21]

  1. https://www.gettyimages.fr/detail/photo-d'actualit%C3%A9/isabelle-genevieve-marie-anne-gall-called-france-photo-dactualit%C3%A9/526963776.
  2. 1 2 3 Fichier des personnes décédées mirror.
  3. 1 2 3 4 http://latina.fr/news/la-chanteuse-france-gall-est-morte-27727.
  4. 1 2 3 4 France Gall // Dutch Top 40.
  5. 1 2 http://atlantico.fr/pepites/chanteuse-france-gall-est-decedee-3272705.html.
  6. 1 2 3 4 Le Progrès, Le Progrès.fr (fr.). RF: 2018. ISSN 2102-6807; 0243-9808; 2263-4983
  7. Agence France-Presse Le cercueil de France Gall exposé pendant deux jours avant ses obsèques (fr.). 2018.
  8. 1 2 Williams, Richard. "France Gall obituary". The Guardian. 8 yanvar 2018. İstifadə tarixi: 29 noyabr 2025.
  9. "Portrait: France Gall a rayonné pendant 50 ans sur la chanson française". Ouest-France.fr (fransız). 7 yanvar 2018. İstifadə tarixi: 29 noyabr 2025.
  10. "Une vie bien remplie: 15 anecdotes que vous ne connaissiez (sans doute) pas sur France Gall". infos.rtl.lu (fransız). 8 yanvar 2018. İstifadə tarixi: 29 noyabr 2025.
  11. "Biographie officielle de France Gall". francegallcollection.fr (fransız). 26 oktyabr 2004. İstifadə tarixi: 29 noyabr 2025.
  12. "France Gall naar Napels". De Telegraaf (holland). Delpher. 13 fevral 1965. səh. 33.
  13. France GALL, Serge GAINSBOURG & Alain GORAGUER. à propos du Grand Prix de l'Eurovision. ORTF/Institut National de l'Audiovisuel. 28 mart 1965.
  14. Jamie McCloughlin, Şablon:Usurped. 13 July 2009. Accessed 20 February 2012.
  15. "Une chanson inédite de France Gall, 'La prisonnière', publiée 50 ans après son enregistrement". en:RTBF (fransız). 25 oktyabr 2024. İstifadə tarixi: 27 noyabr 2025.
  16. "De Patricia Hearst à France Gall: l'incroyable origine du morceau inédit "La Prisonnière"". RTL Info (fransız). 5 noyabr 2024. İstifadə tarixi: 29 noyabr 2025.
  17. Knoops, Roy. "Eurovision 2024 Luxembourg: France 3 to air special documentary about France Gall". Eurovision News (ingilis). 8 yanvar 2018. İstifadə tarixi: 16 aprel 2024.
  18. "France 3 – Programmes, vidéos et replay – Pluzz France 3". France3.fr. İstifadə tarixi: 12 dekabr 2017.
  19. "France Gall face à nos lecteurs, J'avais besoin de retrouver le public". Le Parisien (fransız). 5 noyabr 2015. İstifadə tarixi: 11 sentyabr 2018.
  20. "Mort de France Gall, une chanteuse qui donnait tout pour la musique", Le figaro, 7 January 2018  (fr.)
    - Guyard, Bertrand. "La chanteuse France Gall est morte". Le Figaro (fransız). 7 yanvar 2018. İstifadə tarixi: 7 yanvar 2018.
    - Maev Kennedy, "France Gall: French singer who inspired My Way dies age 70", The Guardian, 8 January 2018.
  21. "France Gall, French singer who shot to fame in 1960s, dies". BBC News. 7 yanvar 2018. İstifadə tarixi: 29 noyabr 2025.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]