Məzmuna keç

Kokarda

Vikipediya, azad ensiklopediya

Kokarda (fr. cocardes, hərf."xoruz lələkləri") — bant, ilgək və büzmələrlə qatlanmış lent.[1] Kokarda dairəvi yığılmış hörmə və bu kimi digər formalarında olmuş, sonralar isə baş geyiminin üzərinə (bəzən çiyin, bud, baldır və bədənin digər nahiyələrinə) bərkidilən xüsusi metal və ya parça nişan (məmulat) kimi istifadə edilmişdir.

XVIII əsr Avropası

[redaktə | vikimətni redaktə et]

Kokarda bir aksesuar kimi XVIII əsrdə Qərbi Avropada geniş yayılmışdır. Kokarda dəbi (eləcə də terminin özü) Fransa]dan gəlmişdir, baxmayaraq ki, hələ bir əsr əvvəl "kroat" adlandırılan Macarıstan yüngül süvariləri və macarlar öz papaqlarını kokardaya bənzər elementlərlə bəzəmişdilər.[2]

İlkin dövrlərdə Fransa kokardaları kağızdan hazırlanmış və müxtəlif rənglərdə olmuşdur, lakin 1767-ci ildən etibarən Burbonlar sülaləsinin rənginə uyğun olaraq ağ rəngdə tətbiq edilmiş və onlardan yalnız infanteriya (piyada qoşun) tərəfindən istifadə olunmuşdur.[3]

Kokarda özündə bir və ya bir neçə rəngdə yığılmış lenti (yaxud lentlərdən ibarət rozetkanı), ştamplanmış və ya tikilmiş, tez-tez əlavə rəmzlərlə təchiz olunmuş dairəvi və yaxud oval emblemi ehtiva edir. Kokardanın rəngləri və rəmzləri bu və ya digər dövlətə, ölkəyə, silahlı qüvvələrin qoşun növünə, eləcə də siyasi partiyaya (fraksiyaya) mənsubiyyəti bildirir. Bir çox dövlətlərdə, bir qayda olaraq, milli bayrağın və ya silahlı qüvvələrin növünün rənglərini təmsil edən kokarda ilə gerbi, qoşun növünün rəmzini və digər xüsusiyyətləri əks etdirən baş geyimi emblemi arasında fərq qoyulur.

  • Кокарды // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890—1907.
  • Кокарда // Толковый словарь живого великорусского языка : в 4 т. / авт.-сост. В. И. Даль. — 2-е изд. — СПб. : Типография М. О. Вольфа, 1881. — Т. 2. — С. 135.