Riva
| Riva | |
|---|---|
| (xorv. Riva) | |
| Əsas məlumatlar | |
| Üslub |
pop-rok Pop-musiqi |
| Fəaliyyət illəri |
1986—1961 1993–2016 |
| Ölkə |
|
| Şəhər | Zadar |
| Dil |
xorvat dili serb-xorvat dili |
| Leybl | Jugoton |
| Heyət |
Emilija Kokić Dalibor Musap Nenad Nakić Zvonimir Zrilić Boško Colić |
Riva (xorv. Riva) — 1989-cu ildə Avroviziya Mahnı Müsabiqəsində qalib gələn Yuqoslaviya (Xorvatiya) pop qrupu. Onlar 1988-ci ildə Zaqrebdə yaradılıb və həmin il Zaqrebfest musiqi festivalında "Zadnja suza" mahnısı ilə debüt ediblər.
Tarixi
[redaktə | vikimətni redaktə et]Qrup Zadar şəhərində 1986-cı ildə yaranıb. 1988-ci ildə "Zadnja Suza" (Xorvat dilində "Son göz yaşı") mahnısı ilə "Zagrebfest" festivalında çıxış edib.
Onların "Rock Me" mahnısı İsveçrədə keçirilən 1989-cu il Avroviziya Mahnı Müsabiqəsində 137 xalla qalib gəlib. Müəllif Con Kennedi O'Konnorun "The Eurovision Song Contest – The Official History" kitabında qeyd etdiyinə görə, bu, gözlənilməz bir qələbə olub. Qrup Yuqoslaviyaya ilk və yeganə qələbəsini qazandırıb. Bundan sonra müsabiqə Yuqoslaviya Radio Televiziyasını təmsil edərək Zaqrebdə keçirilib.[1]
Bu uğurdan sonra onlar ardıcıl iki albom buraxıblar. Biri qalib gəldikləri trekin adını daşıyan "Rock Me" (1989), digəri isə 1990-cı ildə işıq üzü görən "Srce Laneta" (Xorvat dilində "Ceyran balasının ürəyi") olub.
Hər iki albomun uğurundan qısa müddət sonra qrup bir İsveçrə agentliyi ilə müqavilə imzalayıb. Onlar burada "Lude Glave, Lude Godine" (Xorvat dilində "Dəli başlar, dəli illər") adlı planlaşdırılan 3-cü albomunun istehsalına başlayıblar. Bu albomda məşhur pop-rok dueti "Roxette" qrupundan Per Gesslenin iştirakı nəzərdə tutulub və qrup dünya turnesində onların ön qrupu (açılış konsertini edən tərəf) kimi çıxış etməli olub.
İsveçrə agentliyi Xorvatiyanın yenicə müstəqillik qazanmış bir ölkə kimi legitimliyini yanlış təqdim etdikdə və mətbuat məqsədləri üçün qrupun Yuqoslaviyadan olan bir qrup kimi qalmasına üstünlük verdikdə, həmçinin qrupun çıxışlarının Yuqoslaviya müharibələrinin qurbanlarına kömək etmək üçün Xorvatiyadakı humanitar məsələlərə yönəlməsini istədikdə tərəflər arasında fikir ayrılıqları yaranıb. Agentliyin həmin vaxt onların doğma şəhərində baş verənləri təqdimetmə formasından xəyanətə uğradıqlarını hiss edən qrup üzvləri agentliklə bütün əlaqələrini kəsiblər. Qrupun solisti Emiliya Kokitş (Emilija Kokić) 2019-cu ildə verdiyi müsahibədə belə deyib: "Biz Zadardanıq, ailələrimiz zirzəmilərə sığınıb, çünki Serbiya ordusunun mərmiləri Zadarın üzərinə yağır, biz isə özümüzü yuqoslaviyalı kimi aparacağıq? Necə yəni? Bu, ən böyük xəyanət olardı! Belə etsəydik, karyerası hər şeydən üstün olan insanlara çevrilərdik".
Bu istefadan sonra buraxılması planlaşdırılan albom işıq üzü görməyib və albomdan yalnız 3 mahnı qrupun 1993-cü ildə Xorvatiyanın Avroviziya ön seçimi olan "Dora" müsabiqəsindəki çıxışından əlçatan olub. 1991-ci ildə qrup ilkin olaraq qısa müddətli planlaşdırılan bir fasilə vermək qərarına gəlib. Lakin üzvlərin öz şəxsi həyatlarına diqqət yetirməsi ilə bu fasilə "Riva" qrupunun sonu olub və 1993-2016-cı illər arasında yalnız bir neçə kiçik birləşmə baş tutub.[2]
Heyəti
[redaktə | vikimətni redaktə et]- Emiliya Kokitş (Emilija Kokić) – vokal
- Dalibor Musap – vokal, klavişli alətlər, RIVA qrupunun təsisçisi və rəhbəri
- Nenad Nakitş (Nenad Nakić) – vokal, bas-gitara
- Zvonimir Zrilitş (Zvonimir Zrilić) – gitaralar, vokal
- Boşko Tsolitş (Boško Colić) – zərb alətləri
Diskoqrafiya
[redaktə | vikimətni redaktə et]- 1989. - Rock me, singlica, Koch Records International
- 1989. - Rock me, studijski album, Koch Records International
- 1989. - Rock me, studijski album, Jugoton
- 1990. - Srce laneta, studijski album, Jugoton
- 1990. - Suzo moja piši / Meni mama ne da da..., singlica, Jugoton)
- 2016. - The best of, kompilacijski album, Croatia Records
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ O'Connor, John Kennedy The Eurovision Song Contest – The Official History. Carlton Books, UK. 2007 ISBN 978-1-84442-994-3
- ↑ RIVA je band iz Zadra.