Məzmuna keç

Salome

Vikipediya, azad ensiklopediya
Salome
isp. Salomé
Image
Ümumi məlumatlar
Doğum adı María Rosa Marco Poquet
Ləqəbi Salomé
Doğum tarixi 21 iyun 1939(1939-06-21) (86 yaş)
Doğum yeri
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Fəaliyyət illəri 1960–2005
Janr pop musiqisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Salome əsl adı Mariya Roza Marko Pike (isp. Maria Rosa Marco Poquet; 21 iyun 1939, Barselona) — İspaniya müğənnisi. O, "Vivo cantando" mahnısı ilə 1969-cu il Avroviziya Mahnı Müsabiqəsinin dörd qalibindən biri olub.

Mariya Roza Marko yaradıcılıq fəaliyyətinə "Radio Barcelona"da başlayıb. Həmin vaxtdan etibarən musiqi karyerasını televiziyada aparıcılıq fəaliyyəti ilə birlikdə davam etdirib. Sənətçi Frenk Sinatranın konsertinin açılışında (onun çıxışından əvvəl) səhnəyə çıxıb. 1963-cü ilə qədər o, "Iberofón" və "Zafiro" səsyazma şirkətləri üçün qırxdan çox mahnı lentə alıb. 1963-cü ildə katalan dilində ifa etdiyi "Se'n va anar" mahnısı ilə Barselonada keçirilən 5-ci Aralıq dənizi Mahnı Festivalında (Festival de la Canción Mediterránea de Barcelona) qalib gəlib.[1]

Dörd il sonra, 1967-ci ildə, yenə katalan dilində olan "Com el vent" mahnısı ilə Barselonanın 9-cu Aralıq dənizi Mahnı Festivalında ikinci mükafatı qazanıb. O, həmçinin Valensiya Festivalında (Festival de Valencia) və Duero Festivalında (Festival del Duero) da yarışıb və sonuncuda "Ən yaxşı müğənni" mükafatına layiq görülüb.[2] 1969-cu ildə Sebastyan Qarsiya ilə ailə qurub. Həm katalon, həm də ispan dillərində bir çox mahnılar yazdırıb ki, bunlardan ən populyarları "Quinientas millas", "L'arbre", "Bésame mucho", "Com el vent", "L'emigrant", "Puedo morir mañana", "Isla del amor" və "Esperaré" olub.[3]

O, 1969-cu ildə Madriddə keçirilən Avroviziya Mahnı Müsabiqəsində musiqisi Mariya Xose Çerato, sözləri isə Aniano Alkaldeyə aid olan "Vivo cantando" mahnısı ilə İspaniyanı təmsil edib. O, birincilik mükafatını Lulu (Böyük Britaniya), Frida Bokkara (Fransa) və Lenni Kur (Niderland) ilə bölüşdürüb. Bu, müsabiqə tarixində baş mükafatın birdən çox iştirakçı tərəfindən qazanıldığı yeganə hadisə olub. Salome qələbə mükafatını Avroviziyanın ötənilki qalibi, ispan müğənnisi Massieldən qəbul edib. Onun Manuel Perteqas tərəfindən dizayn edilən libası təbaşir-mavi rəngli kiçik çini silindrlərdən hazırlanıb, 14 kq çəkiyə malik olub və müğənni bu geyimlə birlikdə hər birinin çəkisi 1 kq olan üç boyunbağı taxıb. Salome "Vivo cantando" mahnısını səkkiz dildə (ispan, katalan, bask, fransız, alman, italyan, ingilisserb-xorvat dillərində) lentə alıb.[4]

  • Salome (1968)
  • El cant dels ocells (1968)
  • Vivo cantando (1969)
  • Canta Manzanero (1970)
  • Sardanes cantades (Vol. I) (1971)
  • Salome (1972)
  • Salome canta temas clasicos (1973)
  • Dejame volver (1974)
  • Sardanes cantades (Vol. II) (1974)
  • Mexico (1976)
  • Els segadors (1976)
  • Salome canta a los clasicos (1977)
  • Les nostres cancons (1978)
  • Catalunya meva (1980)
  • Ahi va (1988)
  • Mas (1991)
  1. "Historia del Festival de la Canción Mediterránea: 1962". 6 noyabr 2009. 30 iyul 2023 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 sentyabr 2019.
  2. "Historia del Festival de la Canción Mediterránea: 1967". 15 dekabr 2009.[daimi ölü keçid]
  3. "Edición del domingo, 26 octubre 1969, página 29 - Hemeroteca - Lavanguardia.es".
  4. "Salomé: "Ahora Eurovisión me aburre"". 28 mart 2019.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]