The Wayback Machine - https://web.archive.org/web/20210628195051/https://virtualaz.org/reyler/186587
206
Rəylər 24 İyun 2021, 22:23
Image

Vahid Ələkbərov yenidən "LUKoil" şirkətinin prezidenti seçildi

Rusiyanın “LUKoil” neft şirkətinin sərmayədarları Vahid Ələkbərovu yenidən şirkətin prezidenti seçiblər.

Virtualaz.org bildirir ki, “LUKoil”un mətbuat xidmətinin səhmdarların illik iclasının yekunlarına dair yaydığı məlumatda belə deyilir.

İclasda, həmçinin Direktorlar Şurasının 11 nəfərdən ibarət tərkibi də təsdiqlənib.

Xatırladaq ki, Vahid Ələkbərov 1950-ci ildə Bakıda anadan olub. O, Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Neft Akademiyası) məzunu, iqtisad elmləri doktorudur. 1993-cü ildən “LUKoil” şirkətinin prezidentidir.

Image

Xəbərlər