Məzmuna keç

Ana səhifə

Vikipediya, azad ensiklopediya

Hər kəsin redaktə edə biləcəyi azad ensiklopediya olan

Vikipediyaya xoş gəlmisiniz!

Hal-hazırda Azərbaycanca Vikipediyada 215.750 məqalə mövcuddur.

  • Məqalə yarat
  • Mündəricat
  • Kömək istə
  • Cəsur ol!
Seçilmiş məqalələrə bax
Həftənin seçilmiş məqaləsi
Image
Qara rəsmlərFransisko Qoyya tərəfindən həyatının son illərində, ehtimal ki, 1820–1823-cü illər arasında yaradılmış 14 rəsmdən ibarət silsiləyə verilən ad. Bu əsərlər güclü emosional gərginlik, qorxu və iztirab dolu mövzuları əks etdirir və rəssamın həm dəli olmaq qorxusunu, həm də insanlığa qarşı bədbin baxışını ifadə edir. 1819-cu ildə, 72 yaşında ikən, Qoyya, Madrid şəhərinin kənarında yerləşən və “Quinta del Sordo” (“Kar adamın evi”) adlanan iki mərtəbəli evə köçmüşdür. Hesab edilir ki, o, bu rəsmləri növbəti ildə çəkməyə başlamışdır. Evin adı əvvəlki sahibinin kar olması ilə bağlı olsa da, Qoyya özü də 46 yaşında keçirdiyi naməlum xəstəlik nəticəsində demək olar ki, eşitmə qabiliyyətini itirmişdi.

(Davamı...)

Yaxşı məqalələrə bax
Həftənin yaxşı məqaləsi
Image
Əli Yusif — azərbaycanlı şair, siyasətçi, Cümhuriyyət tələbəsi, Gizli Müsavatın Mərkəzi Komitəsinin üzvü, repressiya qurbanı.

11 yaşından etibarən mətbuatda tərcümələri və şeirləri ilə çıxış edib. Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hökumətin İşlər İdarəsində draqoman kimi işləməyə başlayıb. "Yaşıl Qələm" cəmiyyətinin idarə heyətinin və Azərbaycan Cümhuriyyətinin rəsmi dövlət qəzeti olan "Azərbaycan" qəzetinin redaksiya heyətinin üzvü olub. Azərbaycan Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilib. Parisdə yerləşən Siyasi Elmlər Məktəbində ali təhsili alıb. (Davamı...)

Seçilmiş siyahılara bax
Həftənin seçilmiş siyahısı
Image
Fullmetal Alchemist fəsillərinin siyahısıHiromu Arakava tərəfindən yazılmış və hazırlanmışdır. Manqa seriyasının yayımlanması 2001-ci ilin avqustunda "Square Enix"-in "Monthly Shonen Gangan" jurnalında başlanılmış, 2010-cu ilin iyulundakı nəşri ilə (2010-cu ilin iyununda nəşr olunmuşdur) başa çatmışdır. Bu müddətdə manqa seriyasının 108 fəsli nəşr olunmuşdur. Manqa Edvard və Alfons Elrik adlı iki əlkimyagər qardaşın başına gələn hadisələrdən bəhs edir. Onlar ölmüş analarını geri qaytarmağa çalışarkən itirdikləri bədən üzvlərini geri qaytarmaq üçün fəlsəfə daşının axtarışına çıxırlar. Edvard orduya qatılır və ordunun tərkibində ikən ordunun da daşın axtarışında olduğunu öyrənir.

(Davamı...)

Günün seçilmiş şəkli
Günün seçilmiş şəkli