Məzmuna keç

Menaxem Begin

Vikipediya, azad ensiklopediya
Menaxem Begin
ivr. מנחם בגין
Image
20 iyun 1977 10 oktyabr 1983
Əvvəlkiİshaq Rabin
SonrakıYitzhak Şamir
Image
İsrailin kənd təsərrüfatı və kənd inkişafı naziri
Image
19 iyun 1983 10 oktyabr 1983
14 fevral 1983 23 fevral 1983
ƏvvəlkiAriel Şaron
SonrakıMoşe Arens[d]
28 may 1980 5 avqust 1981
ƏvvəlkiEzer Vayzman
SonrakıAriel Şaron
Image
İsrailin rabitə naziri
Image
20 iyun 1977 24 oktyabr 1977
ƏvvəlkiAaron Uzan[d]
SonrakıMeir Amit[d]
Image
İsrailin portfelsiz naziri
Image
5 iyun 1967 6 avqust 1970
14 fevral 1949 13 avqust 1984
Şəxsi məlumatlar
Doğum tarixi 16 avqust 1913(1913-08-16)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 mart 1992(1992-03-09)[2][3][…] (78 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Zeytun dağı yəhudi qəbiristanlığı[d][5]
Partiya
Fəaliyyəti siyasətçi
Uşağı 3 (Benny Begin daxil olmaqla)
Dini İudaizm
Hərbi xidmət
Döyüşlər
Rütbəsi

Təltifləri "Nobel" sülh mükafatı — 1978
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Meçislav Volfoviç "Menaxem" Begin (16 avqust 1913[1][2][…], Brest, Rusiya imperiyası9 mart 1992[2][3][…], Tel-Əviv[4]) — İsrail siyasi xadimi, İsrailin 7-ci Baş naziri (1977–1983).

M. Begin 1913-cü il avqustun 16-da Brest-Litovskda anadan olub[6].

1943-cü ildə M. Begin "İrqun" təşkilatının rəhbəri seçilir. Həmin gündən başlayaraq o ingilis mandatlığına qarşı açıq mübarizəyə başlayır. İngilis əsgərlərinə hücumlar və terror aktları təşkil edir. Qüdsdəki ingilislərin mənzil-qərargahının partladılmasından sonra ingilislər onun başına 30 min dollar pul mükafatı qoyurlar.

M. Begin İsrailin azadlığı uğrunda müharibənin fəal iştirakçılarından biri olub.

1948-ci ildə İsrail dövləti yaranandan sonra M. Begin "İrqun"un əsasında "Xerut" ("Azadlıq") partiyasını yaradır və onun rəhbəri kimi Knessetdə ilk müxalifət lideri olur.

1949-cu il yanvarın 25-də Knessetə seçkilərdə onun partiyası 11,5 faiz səs qazanır.

1967-ci ildə İsraillə ərəb ölkələri arasında baş verən altıgünlük müharibə ərəfəsində M. Begin ilk dəfə olaraq portfelsiz nazir kimi hökumətin tərkibinə daxil oldu və 1970-ci ilə qədər bu postda qaldı.

1973-cü ildə "Likud" blokunun yaranmasından sonra bu bloka rəhbərlik etməyə başladı. Nəticədə 1977-ci il seçkilərində qalib gələrək baş nazir seçildi və İsrailin tarixində ilk dəfə olaraq sağçı hökumət qurdu.

Baş nazir kimi hakimiyyətdə olduğu dövrdə bir sıra iqtisadi və sosial islahatlar həyata keçirib.

Aktiv xarici siyasət yürüdən M. Begin 1978-ci ildə imzalanan "Kemp-Devid" sülh müqaviləsinə görə Misir prezidenti Ənvər Sadatla birgə Nobel sülh mükafatına layiq görülüb.

Livana hücumun uğursuzluğu və həyat yoldaşının ölümündən böyük sarsıntı keçirən M. Begin 1983-cü il sentyabrın 15-də vəzifəsindən istefa verib.

1992-ci il martın 9-da İsrailin paytaxtı Tel-Əvivdə vəfat edib.

  1. 1 2 חה"כ מנחם בגין. Knesset.
  2. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 Menachem Begin // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Deutsche Nationalbibliothek Record #118508296 // Gemeinsame Normdatei (alm.). 2012—2016.
  5. Find a Grave (ing.). 1996.
  6. "1913-cü ildə anadan olan və dünyasını dəyişən məşhurlar". 22 dekabr 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 sentyabr 2013.