Reprint
Reprint (ing. reprint — yenidən çap etmək, təkrar nəşr etmək) — əvvəllər artıq çap olunmuş hər hansı bir əsərin nüsxə formasında yenidən istehsal edilməsi.[1] Faksimile nəşrdən fərqli olaraq, reprintin əsas məqsədi ilkin nəşrin dəqiq ölçülərini, oradakı çap səhvlərini, mətbəə xüsusiyyətlərini, qeydləri və ya kitabın əvvəlki "həyatından" xəbər verən yazıların hamısını nöqtəsinə qədər eynilə təkrarlamaq deyil.
Reprint nəşrlərə adətən o vaxt müraciət olunur ki, ilkin nəşrin çox az sayda nüsxəsi hifz edilib saxlanılmış olsun, lakin həmin əsərə cəmiyyətdə hələ də böyük ehtiyac və tələbat qalsın. Reprint tələbatı sürətlə ödəməyə imkan verir. Reprint nəşrlərin tirajı adətən çox böyük olmur, lakin hər bir halda faksimile nəşrlərin tirajından daha çox olur.[2]
Postsovet ölkələrində reprint nəşrlərə olan tələbat 1990-cı illərdə, sovet senzurasının zəifləməsi və tamamilə ləğv edilməsi dövründə kəskin şəkildə artmışdı.[3] SSRİ dövründə sovet incəsənətini və poliqrafiyasını sərt şəkildə nəzarətdə saxlayan kommunist doktrinaları və ideoloji məhdudiyyətlər Rusiya imperiyası dövrünə aid bir çox mühüm nəşrlərin yenidən işıq üzü görməsinə icazə vermirdi. SSRİ-də, həmçinin təqibə məruz qalan və fəaliyyətlərini xaricdə (mühacirətdə) davam etdirən ukraynadilli və rusdilli yazıçıların əsərlərinə də mənfi münasibət bəslənilirdi. Buna görə bir çox mühacir ədiblərin yaradıcılığı senzura qadağasına görə sovet oxucusuna çatdırılmırdı və müstəqillik illərində bu boşluq məhz reprint layihələrlə doldurulmuşdu.[4]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Glaister, Geoffrey Ashall. Glaister's Glossary of the Book: Terms used in paper-making, printing, bookbinding and publishing (ingilis). University of California Press. 1996. 412–415. ISBN 978-0520205703.
- ↑ Lyons, Martyn. Books: A Living History (ingilis). Thames & Hudson. 2011. 180–187. ISBN 978-0500251652.
- ↑ Choldin, Marianna Tax. A Fence Around the Empire: Russian Censorship of Western Ideas Under the Tsars (ingilis). Duke University Press. 1985. 55–62.
- ↑ Plamper, Jan. "Avising the Censor: The State and the Social in Late Imperial Russia". Journal of Modern History (ingilis). 74 (2). 2002: 291–313.