Özbəkistan nümayəndə heyəti noyabrın 27-də qazpaylayıcı şəbəkələr, neft emalı, neft-kimya, sənayenin rəqəmsallaşdırılması və bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanlarını öyrənmək məqsədilə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) bir sıra obyektlərini ziyarət edib.
Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası məsələsini müzakirə ediblər. Hər iki ölkə bu məsələdə maraqlıdır. Rusiya və Türkiyə Qara dəniz vasitəsilə taxıl tədarükünün bərpası məsələsini müzakirə ediblər. Hər iki ölkə bu məsələdə maraqlıdır.
Özbəkistanda distant çalışan işçilərin işdən azad edilməsi qaydasının dəyişdirilməsi təklif olunur.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında imzalanmış birgə müdafiə haqqında Məkkə sazişini təsdiqləyib. Saziş tərəflərdən birinə xarici silahlı hücum olduğu təqdirdə qarşılıqlı hərbi yardım göstərilməsini nəzərdə tutur.
Son günlər Bakıda müşahidə olunan diplomatik fəallıq adi səfərlər təqvimindən daha böyük mənzərə yaradır. Noyabrın ikinci yarısında Avropanın müxtəlif ölkələrindən yüksəkvəzifəli nümayəndələrin Azərbaycana ard-arda səfər etməsi, Estoniyanın Bakıda səfirliyinin açılması, ölkəmizin ATƏT-ə sədrliyə namizəd irəli sürülməsi və Avropa İttifaqı ilə viza rejiminin sadələşdirilməsi məsələsinin yenidən gündəmə gəlməsi Azərbaycanın regiondakı strateji əhəmiyyətinin sübutudur.
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) Bank Ekspertlər Şurasının növbəti toplantısı keçirilib. Görüşdə AQC rəhbərliyi və ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.