166 Təmizlik loqosu

Təmizlik xidməti Bakıda — 166 Təmizlik

Evlər, ofislər və obyektlər üçün təmizlik xidməti. Bütün vasitələr qiymətə daxildir.

166 Təmizlik komandası mənzildə təmizlik xidməti göstərir

Niyə məhz 166 Təmizlik

Qapınızı açdığınız komanda hər dəfə eyni keyfiyyətdə işləməlidir. Buna görə təmizlik xidməti bizdə aydın qaydalar üzərində qurulur.

  • Təlimli və etibarlı heyət

    Hər əməkdaş iş qaydaları və təhlükəsizlik üzrə hazırlıq keçir, müştərilər onları adbaad xatırlayır.

  • Vasitələr qiymətə daxil

    Peşəkar avadanlıq və təmizləyici maddələri biz gətiririk, heç nə almağınıza ehtiyac yoxdur.

  • 7/24 sifariş, sizə uyğun vaxt

    166 qaynar xətti gecə-gündüz işləyir, iş saatlarından kənar təmizlik də mümkündür.

  • Bakı və bütün Azərbaycan

    Bakının bütün rayonlarında, Sumqayıt, Xırdalan və bölgələrdə xidmət göstəririk.

Təmizlik xidməti 4 addımda

Bütün proses bir zənglə başlayır, qalanını komandamız öz üzərinə götürür.

  1. 1Zəng edin və ya yazın

    166-ya, WhatsApp-a yazın və ya saytda sifariş formunu doldurun.

  2. 2Qiyməti dəqiqləşdirək

    Şəkil və ya ilkin baxışa əsasən plan və qiymət razılaşdırılır.

  3. 3Komanda gəlir

    Razılaşdırılmış vaxtda bütün vasitə və avadanlıqla gəlirik.

  4. 4Nəticəni yoxlayın

    İşi birlikdə təhvil alırıq, iradınız varsa yerindəcə düzəldilir.

Fərqi öz gözünüzlə görün

Sürgünü çəkin: eyni mətbəx, komandamız işləməzdən əvvəl və sonra. Peşəkar təmizlik xidməti yağı, ərpi və ləkələri xüsusi vasitələrlə təmizləyir.

Mətbəx təmizlikdən sonra
Mətbəx təmizlikdən əvvəl
ƏvvəlSonra
  • Yağ və ərpin təmizlənməsi
  • Kafel və səthlərin parıltısı
  • Məişət texnikasının silinməsi

Ev təmizliyi qiymətləri

Ev üçün təmizlik xidməti bütün vasitələrlə birgə hesablanır. Hər əlavə saat 10 AZN, öncədən ödənişdə endirim.

Saatlıq köməkçi

1 nəfər xanım köməkçi

70 ₼2 saatdan
  • Yalnız lazım olan işlər
  • Vaxtı özünüz seçirsiniz
  • Bakı kəndləri 90 ₼-dan
Ətraflı
Ən çox seçilən8 saatlıq paket

Böyük evlər və əsaslı təmizlik

110 ₼həftədə 1 gün
  • Yağ və ərpin təmizlənməsi
  • Mətbəx, pəncərə və eyvan
  • Divar tozu, kiçik çilçıraqlar
Sifariş et
4 saatlıq paket

Kiçik mənzillər üçün

90 ₼həftədə 1 gün
  • Döşəmənin quru və nəm təmizliyi
  • Sanitar qovşaqlar
  • Şüşə, güzgü və mebel tozu
Ətraflı

Ofis, təmir sonrası və digər xidmətlərin qiymətlərini xidmət səhifələrində tapa bilərsiniz.

Ev təmizliyi paketləri və qiymətləri →

Müştərilərimiz nə deyir

Bu gün evimizə 166 Təmizlik xidmətindən Günel xanım başda olmaqla Təranə, Türkan və Mehriban xanımlar gəlmişdilər. Çox razı qaldıq, təşəkkürlər!
SSevda Səmədova166 Təmizlik müştərisi
Heç bir sözümə yox deməyən, hər bir xırda istəyimi nəzərə alan Zülfiyyə, Aysel və Naibə xanımlara öz təşəkkürümü bildirirəm.
AAygül Abdullayeva166 Təmizlik müştərisi
166 Təmizlik Xidmətindən Günay, Səbinə və Türkan gəldilər, işlədilər, razı qaldıq. Rəhbərliyə dərin təşəkkürümüzü bildiririk!
BBabazadə Orxan166 Təmizlik müştərisi
Zülfiyyə xanımın qrupundan çox razı qaldıq. Əllərinə sağlıq həqiqətən.
KKərimov Fazil166 Təmizlik müştərisi
Aidə xanım divan təmizliyinə gəlmişdi. Çox razı qaldıq.
ŞŞirin Şirinova166 Təmizlik müştərisi

Bakıda peşəkar təmizlik xidməti

166 Təmizlik 2015-ci ildən Bakıda və Azərbaycanın bölgələrində təmizlik xidməti göstərən şirkətdir. Bir neçə əməkdaşla başlayan komandamız bu gün mənzillər, həyət evləri, ofislər, otellər, restoranlar və böyük kommersiya obyektləri üçün 19 növ təmizlik xidməti təklif edir. Hər sifarişdə məqsəd eynidir: siz təmizliyə vaxt sərf etməyəsiniz, nəticə isə ilk dəfədən qüsursuz olsun.

Peşəkar təmizlik xidməti adi ev işindən sistemli yanaşma ilə fərqlənir. Komanda obyektə hazır planla gəlir, əvvəlcə quru təmizlik, sonra səthlərin silinməsi, ən sonda döşəmənin nəm təmizlənməsi aparılır. Bu ardıcıllıq tozun yenidən təmiz səthlərə qonmasının qarşısını alır və işi daha qısa müddətdə bitirməyə imkan verir.

Evlər üçün təmizlik xidməti

Ev sahibləri ən çox ev təmizliyi xidmətini sifariş edir: həftədə bir, iki və ya üç dəfə gələn komanda evi daim səliqəli saxlayır. Təmirdən yeni çıxmış mənzil üçün təmir sonrası təmizlik, uzun müddət baxımsız qalmış ev üçün isə "Gözəl ev" təmizliyi nəzərdə tutulub.

Evin ayrı-ayrı hissələri üçün də ixtisaslaşmış xidmətlərimiz var: pəncərə təmizliyi, yumşaq mebellərin kimyəvi təmizliyi, pərdə yuma, çilçıraq təmizliyi və ütü xidməti. Bağ evi və villalar üçün bağ evlərinin təmizliyi həyət, tamet və hovuzu da əhatə edir.

Biznes və obyektlər üçün təmizlik xidməti

Şirkətlər üçün ofis təmizliyi iş saatlarından kənar, əməkdaşların işinə mane olmadan aparılır. Mehmanxana və restoranlar üçün otel təmizliyi və restoran təmizliyi gigiyena qaydalarına uyğun təşkil olunur. Binalar üçün fasad təmizliyi, ərazi təmizliyi və mərmər kristallaşdırma təklif edirik.

Müntəzəm əməkdaşlıq üçün korporativ təmizlik müqaviləsi bağlanır: sifarişlər xüsusi proqramda izlənir, keyfiyyət məmnuniyyət zəngləri ilə yoxlanılır, ödəniş isə bank köçürməsi ilə aparılır.

Təmizlik xidməti qiyməti nədən asılıdır

Təmizlik xidmətinin qiyməti obyektin sahəsindən, çirklənmə dərəcəsindən, görüləcək işlərin həcmindən və tezliyindən asılıdır. Ev təmizliyi üçün qiymətlər 4 saatlıq paketdə həftədə bir gün 90 ₼-dan, saatlıq köməkçi üçün isə 70 ₼-dan başlayır. Bütün təmizləyici vasitə və avadanlıq qiymətə daxildir.

Dəqiq qiymət üçün obyektin bir neçə şəklini WhatsApp-a göndərmək kifayətdir. Böyük obyektlərdə əvvəlcə ilkin baxış keçirilir, sonra fərdi təklif hazırlanır. Öncədən ödəniş etdikdə endirim tətbiq olunur.

Bakının bütün rayonlarında

Təmizlik xidmətimiz Nəsimi, Yasamal, Nərimanov, Xətai, Binəqədi, Səbail, Nizami, Suraxanı, Sabunçu, Xəzər və Qaradağ rayonlarında, Bakı qəsəbələrində, Sumqayıtda, Xırdalanda və ölkənin digər bölgələrində göstərilir. 166 qaynar xətti 7/24 zəngləri qəbul edir, ona görə sifarişi istənilən vaxt verə bilərsiniz.

Təmizlik xidməti haqqında suallar

Təmizlik xidməti haqqında ən çox verilən sualları topladıq. Cavabını tapmadığınız sual varsa, bizə zəng edin.

7/24 qaynar xətt+994 50 209 61 82

Təmizlik xidməti necə sifariş olunur?

166 qısa nömrəsinə və ya +994 50 209 61 82 nömrəsinə zəng edin, WhatsApp-a yazın və ya saytdakı sifariş formunu doldurun. Qaynar xətt 7/24 işləyir.

Təmizlik vasitələrini mən almalıyam?

Xeyr. Bütün təmizləyici maddələr və peşəkar avadanlıq qiymətə daxildir.

Ev təmizliyi neçəyədir?

4 saatlıq paket həftədə 1 gün üçün 90 ₼, 8 saatlıq paket 110 ₼-dan başlayır. Saatlıq köməkçi 2 saat üçün 70 ₼-dır.

Bakıdan kənarda təmizlik xidməti göstərirsiniz?

Bəli, Bakı qəsəbələrində, Sumqayıtda, Xırdalanda və Azərbaycanın digər bölgələrində də xidmət göstəririk.

Şirkətlər üçün müqavilə bağlayırsınız?

Bəli, korporativ müştərilərlə müqavilə əsasında işləyirik, ödəniş bank köçürməsi ilə mümkündür.

Təmizlik zamanı evdə olmalıyam?

Vacib deyil. Açarı etibar edə bilərsiniz, amma iş bitəndə nəticəni birlikdə yoxlamağı tövsiyə edirik.

Təmizliyi bu gün sifariş edin

Təmizlik xidməti üçün bir zəng kifayətdir: qiyməti dəqiqləşdirək, komandanı sizə uyğun vaxta təyin edək.

7/24 qaynar xətt: +994 50 209 61 82
166 Təmizlik əməkdaşı, peşəkar təmizlik xidməti
Təmizlik paketləri